Xəbərlər

Avstriya və Fransa Böyük Turnirlərdə Üçüncü Dəfə Qarşılaşacaqlar

Almaniyada keçiriləcək Avropa çempionatının D qrupunda Avstriya və Fransa milliləri üçüncü dəfə böyük turnirlərdə (Avropa və dünya çempionatı) üz-üzə gələcəklər. Bu iki komanda daha əvvəl iki dəfə mundialda qarşılaşıb və hər iki oyunda fərqli nəticələr qeydə alınıb. 1934-cü ildə Avstriya, Fransanı 2:3 hesabı ilə məğlub edib, lakin 1982-ci ildə Fransızlar 1:0 hesabı ilə qələbə qazanıblar.

E qrupunun I turunda isə Rumıniya və Ukrayna yığmaları qarşılaşacaq. Bu komandalar arasında indiyədək rəsmi oyun olmayıb, lakin altı yoldaşlıq matçının üçündə Rumıniya, ikisində isə Ukrayna qalib gəlib, bir oyun isə heç-heçə bitib.

Bu qrupdakı Belçika və Slovakiya da tarixlərində ilk dəfə rəsmi oyunda qarşılaşacaqlar. Əvvəlki üç yoldaşlıq görüşünün ikisində eyni hesab (1:1) qeydə alınıb, digərində isə Belçika 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Rumıniya – Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da, Belçika – Slovakiya matçı saat 20:00-da, Avstriya – Fransa görüşü isə saat 23:00-da başlayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button