Xəbərlər
AVRO-2024: Şotlandiyalı azarkeş açılış matçını izləmək üçün 42 gün piyada yol qət edib
Şotlandiyalı azarkeş Kreyq Ferqyuson, Avropa çempionatının açılış oyununu izləmək məqsədilə Qlazqo şəhərindən Münhenə qədər 42 gün piyada hərəkət edib.
“Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ferqyuson ümumilikdə 1600 kilometr məsafəni ayaqla gedib.
Almaniyada Kreyq, həmvətənləri tərəfindən su və şampanla qarşılanıb. Bu hadisə ilə əlaqədar sosial şəbəkələrdə video yayılıb.
Qeyd edək ki, Avropa çempionatının açılış oyunu bu gün, saat 23:00-da təşkilatçı ölkə Almaniya ilə Şotlandiya arasında keçiriləcək.