Xəbərlər
AVRO-2024 Açılış Oyununun Hakimləri Açıqlandı
Almaniya və Şotlandiya milli komandaları arasında keçiriləcək AVRO-2024 çempionatının açılış oyununun hakim heyəti müəyyən edilib.
UEFA-nın rəsmi saytının məlumatına görə, qarşılaşmanı idarə edəcək baş hakim FIFA referisi Kleman Tyurpen olacaq. Ona köməkçi hakimlər kimi Nikolya Dano və Benjamen Paje təyin edilib. Dördüncü hakim rolunu isə Fransua Leteksye yerinə yetirəcək.
VAR (video köməkçi hakim) sistemi üzrə məsul şəxs Jerom Brisar olacaq və ona Villi Delajo və italiyalı Massimiliano İrrati kömək edəcəklər.
Qeyd edək ki, Almaniya və Şotlandiya milli komandaları arasındakı oyun iyunun 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Turnir iyulun 14-də başa çatacaq.